Bakıda sərnişin avtobusu yanıb, sürücü ağır xəsarətlər alıb - FOTO - VİDEO

Bakıda sərnişin avtobusu yanıb, sürücü ağır xəsarətlər alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 avqust 2013 08:45 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, şəxsiyyəti hələ məlum olmayan sürücü ağır yanıq xəsarətləri ilə 5 saylı şəhər Xəstəxanasının Yanıq Mərkəzinə yerləşdirilib.

Yanğına elektrik naqillərində yaranan problem səbəb olub. Avtobus tamamilə yararsız hala düşüb.

Yanan “Mercedes” markalı, RJB 777 GE dövlət nömrə nişanlı avtobus Marneuli-Bakı marşrutu üzrə sərnişin daşıyırmış. Yanğın baş verən zaman avtobusda sərnişinlər olmayıb.

***

10:48

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtobus yanır.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Avtobusda baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR