Goranboyda avtomobil dirəyə çırpılaraq aşıb, sürücü xəsarət alıb

Goranboyda avtomobil dirəyə çırpılaraq aşıb, sürücü xəsarət alıb
# 21 aprel 2014 06:57 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, KİA markalı minik avtomobili Bakı-Gəncə yolunun 293-cü kilometrliyində, Goranboy rayonu ərazisində yol ayrıcındakı dirəyə çırpılaraq aşıb.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü yaralanaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR