Bu ilin əvvəlindən SKMF tərəfindən sahibkarlara 129 mln. manat kredit verilib

Bu ilin əvvəlindən SKMF tərəfindən sahibkarlara 129 mln. manat kredit verilib
# 03 iyul 2014 10:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunun Xilmilli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda 70-ə yaxın sahibkar iştirak edib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 2 632 sahibkara 129 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 000-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. O qeyd edib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 255 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, taxılçılıq və üzümçülük təsərrüfatlarının, çörək zavodu, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 4800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Qobustan və ətraf rayonlardan olan 55 sahibkara 528,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Qobustan rayonunun Xilmilli kəndində keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR