Azərbaycanlı alim Nobel medalı mükafatına layiq görülüb - FOTO

Azərbaycanlı alim Nobel medalı mükafatına layiq görülüb - <span style="color: red;">FOTO
# 14 mart 2014 12:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi nailiyyətləri qiymətləndirmək üçün beynəlxalq elmi-praktik konfrans keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Avropa Elmi və Sənaye Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, “Publishing House” Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda AMEA Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev mükafata layiq görülüb. RTEA-nın Beynəlxalq “Fundamental və tətbiqi tədqiqatlar”, eləcə də “Elm və təhsilin müasir problemləri” jurnalında dərc olunmuş məqalələr aktual problemlərə həsr olunan elmi nailiyyətlər kimi qiymətləndirilib, müəllif A.Nobel medalı mükafatına layiq görülüb. “Azərbaycanda dağ əkinçilik şəraitində istifadə olunan impulslu yağışyağdırmanın distansion avtomatlaşdırılmış idarə etmə sistemləri” və “Azərbaycanda becərilən dağlıq ərazi torpaqlarının eroziyadan mühafizəsinin elmi əsasları” sərlövhəli məqalələr sertifikatla təltif olunub və “Rusiyanın milli elminin qızıl fondu”na daxil edilib. Eyni zamanda RTEA-nın professoru seçilən və A.Nobel medalı döş nişanı ilə təltif olunan Z.Əliyevin soyadı “Rusiyanın tanınmış alimləri” elektron ensiklopediyasına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR