“Lənkəran: ensiklopedik məlumat” kitabı çapdan çıxıb - FOTO

“Lənkəran: ensiklopedik məlumat” kitabı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 14 aprel 2014 06:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mirhaşım Talışlı və Etibar Əhədovun birgə qələmə aldıqları “Lənkəran: ensiklopedik məlumat” kitabı çapdan çıxıb.

APA-nın cənub bürosunun xəbərinə görə, kitabda Lənkəranın tarixi, coğrafiyası, toponimikası, idarə, müəssisə və təşkilatları, tanınmış şəxsiyyətləri, elm və sənət adamları, dövlətin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban getmiş şəhidlər, qəhrəmanlar, rayonun yaşayış məntəqələri, elm, təhsil müəssisələri və s. haqqında məlumatlar öz əksini tapıb.

Kitab hazırlanarkən Azərbaycan, rus, sovet və ümumdünya ensiklopediyalarının təcrübəsindən istifadə edilib.

“Lənkəran: ensiklopedik məlumat” kitabı üçün hazırlanmış sözlük layihələri tanışlıq üçün əvvəlcədən ayrı-ayrı təşkilatlara, icra nümayəndəliklərinə, ali məktəb və elmi idarələrə, mütəxəssislərə göndərilməklə onların təklif və rəyləri nəzərə alınıb.

Ensiklopediyada məqalələr (terminlər) əlifba sırası ilə düzülüb, diqqəti cəlb etmək üçün ayrı-ayrı başlıqlar böyük hərflərlə yığılıb.

Kitabda 1700-dən çox məqalə-termin, 828 şəkil verilib, 196 elmi ədəbiyyatdan, 200-dən çox qəzet materialından istifadə edilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR