Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib

Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib
# 20 noyabr 2013 14:53 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

MDB İcraiyyə Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə 30-dan artıq məsələyə toxunulub, o cümlədən MDB dövlətlərinin əməkdaşlığının inkişaf strategiyası təsdiqlənib, “İnformasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb, “Azad ticarət zonaları haqqında” sazişin müddəaları müzakirə olunub.

MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 30 may 2014-cü ildə Kiyevdə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR