Şəkidə yanğın olub

Şəkidə yanğın olub
# 04 noyabr 2013 20:40 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə yanğın hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın rayonun Cumakənd kəndində Bəkirov Bayram Şahmərdan oğluna məxsus evin həyətyani sahəsində tikilmiş ümumi sahəsi 72 kv/m olan mal tövləsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası, canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yanğının digər ərazilərə keçməsinin qarşı alınıb. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 600 ədəd quru ot bağlaması yanıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR