İSET-in İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu elan edilib

 İSET-in İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu elan edilib
# 04 aprel 2014 07:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, azərbaycanlı müraciətçilərə aşağıdakılar təklif olunur:

- Təhsil haqqının yarısını və ya hamısını əhatə edən təqaüdlər;

- Yaşayış üçün təqaüd;

- Tbilisidə təhsil aldığı dövr ərzində pulsuz olaraq evlə təminat;

- Avropada təcrübə keçmək və və ya bir semestr təhsil almaq imkanları;

- Yay təcrübəsi və Azərbaycanda işlə təminat;

- ABŞ və Qərbi Avropada reytinqli PhD proqramlarına yerləşdirmə.

Magistr proqramına qəbul olan hər bir azərbaycanlı tələbə həm İSET-in yay riyaziyyat düşərgəsində, həm də birinci mini-semestr (2014-cü il sentyabr-oktyabrda 8 həftə) ərzində tam ödənişsiz əsaslarla təhsil alacaq. İmtahanlarda nailiyyət əldə edən bütün azərbaycanlı tələbələrə nailiyyətə görə təqaüd veriləcək və subsidiyalaşdırılmış tələbə kreditini əldə etmək üçün köməklik ediləcək.

2014-cü ilin payızı üçün mayın 1-i 2014-cü ilə kimi ərizələrin online (www.iset.ge) qəbulu aparılacaq. İngilis dili və riyaziyyat üzrə olan qəbul imtahanı mayın əvvəllərində Bakıda keçiriləcək.

İSET-in tədris proqramı ABŞ və Qərbi Avropada ən yaxşı proqramları əhatə edir və beynəlxalq professorlar tərəfindən bütün dərslər ingilis dilində tədris olunur. 2014-cü ildə İSET-ə qəbul olan tələbələr ixtisaslaşmaq üçün enerji, insan qaynaqları iqtisadiyyatı və kənd təsərrüfatı kimi sahələri seçə bilər və onlara professional karyeraya hazır olmaq üçün dövlət siyasəti, bank işi və maliyyə analizi üzrə şəxsi tədris proqramlarını tərtib etməyə şərait yaradılır.

Azərbaycanlı tələbələrin ABŞ-ın və Qərbi Avropanın ən aparıcı PhD proqramlarında təhsil almaq üçün köməklik edilməsini xüsusi vurğulamaq istəyirik. Bu günə kimi İSET məzunlarının 16%-i PhD proqramlarına qəbul edilib və tam təqaüdlə təmin edilib. İSET məzunları Stanford, Çikaqo, New York, McGill, Pennsylvania və digər universitetlərdə təhsil alırlar.

Qeyd edək ki, İSET BP, CERGE-EI Foundation, Gürcüstan hökuməti, Norveç Xarici İşlər Nazirliyi, Açıq Cəmiyyət İnstitutu, İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Dünya Bankı kimi beynəlxalq donorlar konsorsiumu tərəfindən 2006-cı ildə yaradılıb. Cənubi Qafqazda iqtisadiyyat üzrə beynəlxalq çaplı magistr proqramı təklif edən yeganə təhsil mərkəzidir. 169 məzundan 97%-i hazırda işləyir və ya xaricdə təhsil alır. İSET məzunları Cənubi Qafqazın Mərkəzi Banklarında aparıcı analitik vəzifələri tutur və ya xaricdə PhD proqramlarında təhsillərini davam etdirirlər.

Müraciətçilər online şəkildə daha çox məlumat əldə edə bilərlər: www.iset.ge

Əlaqələndirici şəxs: Maya Surguladze

Tel: +995 (322) 507 177 ext. 104

[email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR