Qobustanda iki yanğın hadisəsi olub

Qobustanda iki yanğın hadisəsi olub
# 14 yanvar 2014 19:46 (UTC +04:00)

Bakı-APA. Qobustanda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri rayonun Poladlı kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 214 kv.m olan köməkçi tikilidə baş verib. Nəticədə, tikilinin dam örtüyünün yanar konstruksiyaları 54 kv.m sahədə, içərisinə yığılmış 2.5 ton ot bağlamasının 1.5 tonu və 0.5 ton taxıl yanıb. Köməkçi tikilinin qalan hissəsi və içərisindəki ot bağlaması yanğından mühafizə olunub.

İkinci yanğın hadisəsi rayonun Cəyirli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan tövlədə baş verib. Nəticədə tövlənin dam örtüyünün yanar konstruksiyaları, tövlənin üstünə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi, tövlənin içərisindəki 1.5 ton taxıl yanğından mühafizə olunub, tövlədə olan 6 baş iribuynuzlu və 14 baş xırdabuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR