İranda kibercinayətkarlıqla günahlandırılan bir neçə nəfər həbs edilib

İranda kibercinayətkarlıqla günahlandırılan bir neçə nəfər həbs edilib
# 04 dekabr 2013 13:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda kibercinayətkarlıqla məşğul olmaqda günahlandırılan bir neçə nəfər həbs edilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) həmin dəstəni Kirman şəhərində zərərsizləşdirib.

Xəbərdə bildirilir ki, kompleks təhlükəsizlik-media şəbəkəsi kimi fəaliyyət göstərən şəxslər kibercinayətkarlıqdan əlavə, əcnəbilərlə əlaqə yaratmaqda ittiham olunurlar.

Məlumatda saxlanılan şəbəkə üzvləri ilə bağlı araşdırmaların davam etdiyi və istintaq yekunlaşdıqdan sonra işin məhkəməyə göndəriləcəyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR