Bakı Baş Dövlət Yol Polisi İdarəsi: Paytaxt yollarının böyük əksəriyyəti qardan təmizlənib - YENİLƏNİB

Bakı Baş Dövlət Yol Polisi İdarəsi: Paytaxt yollarının böyük əksəriyyəti qardan təmizlənib - <span style="color: red;">YENİLƏNİB
# 31 yanvar 2014 10:58 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Qış qarajının, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin əməkdaşları və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisinin avtomobil yollarının böyük əksəriyyəti qardan təmizlənib.

Müvafiq qurumların apardığı tədbirlərin nəticəsi olaraq Xocasən-Sumqayıt istiqamətində avtomobillərin hərəkətində yaranan problem aradan qaldırılıb.

Şöbə rəisi həmçinin bildirib ki, Xocasən-Sumqayıt istiqamətində avtomobillərin hərəkətində yaranan problemə səbəb üç yük avtomobilinin sürücülərinin səhlənkarlığı nəticəsində baş verən yol qəzası olub. Qəza nəticəsində texniki cəhətdən nasaz olan avtomobillər yol çiynini göstərən xüsusi düzəldilən dəmir maneələrə çırpılıb. Həmin avtomobillər yolun hərəkət hissəsindən uzaqlaşdırılıb.

***

saat 13.04

Bakı. Fuad Cəfərov - APA. Xocasən yolunda 30 yük avtomobili batıb.


Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Qış qarajının və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisi, xüsusilə paytaxtın mərkəzi qardan tam təmizlənir.

V.Əsədov həmçinin bildirib ki, paytaxtın Yasamal rayonu, Günəşli qəsəbəsi və Xocasən-Sumqayıt istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb. Xüsusilə Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili yolda qalıb. Baş verən hadisə ilə əlaqədar qeyd edilən istiqamətdə tıxac yaranıb. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin əməkdaşları hadisə yerində müvafiq tədbirlər görür.

Şöbə rəisi həmçinin bu saata qədər paytaxt ərazisində 30 yol qəzasının baş verdiyini bildirib. Bu qəzalarda 4 sürücü hadisə yerindən yayınıb. Ümumilikdə baş verən qəzalarda xəsarət alan olmasa da, 3 piyada sürüşərək xəsarət alıb.

V.Əsədov sürücülərə müraciətində idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamağı və mövsümi təkərlərdən istifadə etməyi, nəqliyyat vasitələrini sürət qutusunun birinci ötürücüsü ilə idarə etməyi, ümumiyyətlə, avtomobil sahiblərinə ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR