Azərbaycan əhalisi nağd avro alışını kəskin artırıb

Azərbaycan əhalisi nağd avro alışını kəskin artırıb
# 16 may 2013 13:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin I rübü ərzində banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 845,7 mln. avro təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə çoxdur. Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankların əhalidən aldığı nağd avro kütləsi 4,7 dəfə artaraq 178,9 mln. avroya çaıb. Beləliklə, Azərbaycanda əhalinin nağd avro alışı I rübdə satışdan 4,7 dəfə çox olub.

Qeyd edək ki, Azərbaycanda nağd avro ilə alqı-satqı əməliyyatlarının artması ilk növbədə xarici səfərlərlə bağlı nağd avroya tələbatın artması, tədricən ölkə daxilində müəyyən hesablaşmalarda avronun rolunun artması ilə bağlıdır.

Azərbaycanda əhali tərəfindən banklardan 2012-ci ildə orta hesabla hər ay 202,8 mln. nağd avro alınıb və 33,9 mln. avro satılıb. Bu ilin I rübü üzrə həmin göstəricilər müvafiq olaraq 281,9 mln. avro və 59,6 mln. avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR