Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının Bakıda keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb

Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının Bakıda keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb
# 31 mart 2014 09:49 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bakıda aprelin 13-14-də keçirilməsi nəzərdə tutulan Azərbaycan-Polşa İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının VI iclası və biznes-forum baş tutmayacaq.

Bu barədə “APA-Economics”ə Polşanın Azərbaycandakı səfirliyindən bildirilib.

Polşa tərəfi tədbirin başqa tarixə keçirilməsini xahiş edib. Hazırda yeni tarix iki ölkənin İqtisadiyyat nazirlikləri tərəfindən dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR