Məzahir Pənahov: “Seçki günü məntəqələr açıldığı zaman hər hansı problem olmayacaq”

Məzahir Pənahov: “Seçki günü məntəqələr açıldığı zaman hər hansı problem olmayacaq”
# 16 sentyabr 2013 11:24 (UTC +04:00)

APA-nın məlumatına görə, M. Pənahov deyib ki, təmsil etdiyi qurum seçki prosesinin operativ işıqlandırılması məsələsinə bu dəfə də ciddi yanaşacaq. O bildirib ki, MSK-da ilk mənbədən məlumat almaq üçün jurnalistlərə bütün şərait yaradılır.

M. Pənahov qeyd edib ki, MSK qanunvericiliyə uyğun olaraq avqustun 12-də keçirilən iclasında seçkinin tarixini müəyyən edib. Ümumilikdə 22 nəfərin namizədliyi irəli sürülüb. Onlardan birinin – Rüstəm İbrahimbəyovun namizədliyi ölkə Konstitusiyasının müvafiq maddələrinə və seçkinin tələblərinə uyğun gəlmədiyindən təsdiq olunmayıb: “İmza vərəqələri alan 21 nəfərdən 14-ü bu sənədləri MSK-ya qaytara bildi. Bunlardan isə 10 nəfərin namizədliyi qeydə alındı. Namizədlərin sənədlərinin yoxlanması prosesi MSK tərkibində olan xüsusi qrup tərəfindən həyata keçirilib. Bu qrupa xüsusi bacarığı və səlahiyyəti olan şəxslər cəlb olunub”.

M. Pənahovun sözlərinə görə, seçki il əlaqədar 5273 daimi, 219 müvəqqəti seçki məntəqəsi yaradılıb. Müvəqqəti məntəqələr 5 günlük fəaliyyət göstərəcək: “Seçicilərin sayı 5 milyondan çoxdur. Artıq seçici siyahıları da hazırdır. Seçici siyahısına düşmək üçün 4-5 min müraciət daxil olub. Azərbaycan azsaylı ölkələrdəndir ki, seçicinin siyahıya düşməsi seçicinin yox, dövlət orqanlarının vəzifəsi sayılır. Bizim ölkədə seçicinin seçkidə iştirakının qarşısını almaq prinsipcə mümkün deyil. Yəni seçici siyahısı ilə bağlı hər hansı ittihamlar həqiqəti əks etdirmir”.

M. Pənahov qeyd edib ki, vaxtilə polisin seçkiyə müdaxiləsinə şahid olsaq da, artıq 2000-ci illərin ortalarından bu hala rast gəlinmir: “Bu, maarifləndirmə işinin artırılması ilə bağlıdır. Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə daim treninq və seminarlar həyata keçirilir. Bundan başqa, bütün dövlət qurumları ilə bu maarifləndirmə işləri reallaşdırılıb”.

MSK sədri xarici ölkələrdə - diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi formalaşdırılacağını açıqlayıb: “Qısamüddətli səfərdə olanlar da xaricdə yaradılan məntəqələrdə səs verə biləcəklər”.

M. Pənahov MSK tərəfindən 50-yə yaxın adda izah, təlimat, kitabçalar hazırlandığını deyib. Bunlar toplu şəkildə hazırlanaraq aşağı seçki məntəqələrinə göndərilib.

MSK sədri bildirib ki, seçki günü məntəqələr açıldığı zaman hər hansı problem olmayacaq.

M. Pənahov səsvermənin gedişini izləyəcək beynəlxalq müşahidəçilər üçün bütün şəraitin yaradıldığını da söyləyib. O, 1113 məntəqədə hərəkət qabiliyyəti məhdud olan əlil şəxslər üçün xüsusi qurğuların quraşdırıldığını da nəzərə çatdırıb. Məntəqələrin 20 faizində veb-kameralar qurulub.

M. Pənahov qeyd edib ki, seçkiləri işıqlandıracaq jurnalistlər üçün də hər hansı məhdudiyyət olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR