® «Euromoda» hədiyyə çantasını mövsüm ortasında açdı - FOTO

<font color=red>® </font>«Euromoda» hədiyyə çantasını mövsüm ortasında açdı - <span style="color: red;">FOTO
# 25 noyabr 2013 09:45 (UTC +04:00)

Noyabrın sonunadək «Euromoda» mağazalarından şopinq edənlər xərclədikləri məbləğin 20%-i dəyərində hədiyyə alacaqlar. Geniş hədiyyə çeşidindən – geyim və aksessuarlardan - köynək, saat, çanta, qalstuk, şərf, qol düymələri, kəmər, portmane və başqalarından hər kəs istədiyini seçməkdə sərbəstdir. Təbii ki, seçim bir az çətin olacaq. Çünki «Euromoda» kolleksiyası kimi, hədiyyə çeşidi də boldur.

«Euromoda»nın təqdim etdiyi 30-a yaxın qadın, 50-ə yaxın kişi brendləri arasında xüsusi sahələr üzrə ixtisaslaşmış markalar üstünlük təşkil edir. Bu markalar tutduqları sahədə dəb, keyfiyyət və innovativlikdə digərlərini xeyli qabaqlayır. Məsələn, «Gran Sasso» və «Dalmine» yalnız triko istehsal edir və öz məhsullarında yüksək keyfiyyətli Tasmaniya merinos yunu və Çin kəşmiri, Çin ipəyi, Misir pambığı işlədir. Bu iki firma trikotaj istehsalında liderlər sırasındadır. «Scabal», demək olar ki, qırışmayan parçalarla özəl əl işi ilə təqdim olunan kostyumlar, «Herno», «Mabrun» və «Regent» incə poliuretan parçradan tikilmiş ən yüngül qu tükünə malik gödəkçələr, «Kapraun» zərif quzu dərisindən təbii boya ilə aşılanmış mükəmməl texnologiyalı dəri-parça kombinə edilmiş gödəkçələr, «Hiltl» və MMX innovativ dizayna məxsus canlı və qeyri-adi rənglərdə Misir pambıqlı şalvarlar istehsalı ilə məşhurdur. Bütün Avropanın tanıdığı bu brendlər ən prestijli «Department Store»larda satılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR