Türkiyədə PKK tərəfdarları İran əleyhinə aksiya keçiriblər - FOTO

Türkiyədə PKK tərəfdarları İran əleyhinə aksiya keçiriblər - <span style="color: red;">FOTO
# 02 noyabr 2013 12:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyədə İran əleyhinə etiraz aksiyası keçirilib. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb PKK-nın İran qolu sayılan PJAK-ın 2 üzvünün edam edilməsidir.

Mitinq noyabrın 1-də Sülh və Demokratiya Partiyası (BDP) tərəfindən Türkiyənin Hakkari vilayətinin Yüksəkova mahalında düzənlənən mitinq Əsəndərə sərhəd-keçid məntəqəsinə keçirilən yürüşlə və çıxışlarla insidentsiz başa çatıb.

Aksiyada Hakkari bələdiyyəsinin sədr müavini Abdullah Qılınc, Yüksəkova bələdiyyəsinin sədri Ərcan Bora, Şəmdinli bələdiyyəsinin sədri Sədat Törə, BDP Məclisinin üzvü Abidin Eniş, QHT nümayəndələri və vətəndaşlar iştirak ediblər. Nümayişçilər PKK və Abdullah Öcalan lehinə şüarlar səsləndiriblər. Türkiyə polisi aksiya zamanı ciddi təhlükəsizlik tədbirləri görüb.

BDP-nin Hakkari vilayəti üzrə təmsilçisi Rəhmi Kurt aksiyada iki kürd gəncin dara çəkilməsinə etiraz etdiklərini bildirib: “İran onlardan əvvəlkilərin və sonrakıların da kürd xalqını boyun əydirə bilmədiyini və əydirə bilməyəcəyini çox yaxşı bilsin”.

Daha sonra BDP Məclisinin üzvü Abidin Eniş çıxış edərək İran hökuməti kimi təcavüzkar rejimlərin davamlı şəkildə İslam adına siyasət yürütdüyünü iddia edib: “Amma onların İslam dini ilə əlaqələri yoxdur. İnsanların həyat haqqını əlindən almağın İslam dini ilə əlaqəsi yoxdur. Bu gənclər niyə öldürüldülər? Kürd olduqlarını söylədilər və öldürüldülər. Dünya xalqlarının bu qırğınlara qarşı səssiz qalmaları böyük bir ayıbdır”.

Qeyd edək ki, İran hökuməti oktyabrın 25-də PJAK üzvləri olan şəxsləri - Urmiya şəhərinin mərkəzi həbsxanasında Həbibullah Gülpəripur və Səlmas şəhərinin həbsxanasında Rza İsmayıli Mamedini edam edib. PJAK iki üzvünün dara çəkilməsindən sonra yaydığı açıqlamada İranın 2011-ci ildən bəri davam edən atəşkəs rejimini pozmaq hala gətirdiyini və edamların cavabsız qalmayacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR