Bilgəhdəki  Qocalar evində bayram tədbiri keçirilib - FOTO

Bilgəhdəki  Qocalar evində bayram tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 08 mart 2014 15:02 (UTC +04:00)

Bakı-APA. 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakının Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) bayram tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev, Natiq Məmmədov, İlqar Rəhimov, Mətin Kərimli və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev iştirak ediblər.

Çıxış edən rəsmilər pansionatda yaşayan qadınları təbrik edib, dövlət himayəsində yaşayan insanların, o cümlədən onlar arasında olan qadınların da hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasının daim diqqətdə saxlanıldığını bildiriblər. Çıxışlarda qeyd olunub ki, bu şəxslərin sosial təminatının yaxşılaşdırılması üçün nazirlik tərəfindən müəyyən işlər də aparılır.

O da vurğulanb ki, bütün səylər ona yönəlib ki, sosial xidmət müəssisələrində, o cümlədən bu pansionatda yaşayan qadınlar cəmiyyətdə olan digər qadınlar kimi normal həyat şəraiti ilə təmin olunsunlar. Onların hər hansı bir çətinlikləri olduqda bunu bildirsinlər və əmin olsunlar ki, həmin çətinliklər qısa bir müddətdə aradan qaldırılacaq.

Qeyd edək ki, Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatda hazırda 140 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır və onlardan 80 nəfəri qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR