Tunisdə polis etiraz aksiyasını yatırarkən gözyaşardıcı qazdan istifadə edib

Tunisdə polis etiraz aksiyasını yatırarkən gözyaşardıcı qazdan istifadə edib
# 26 iyul 2013 01:02 (UTC +04:00)

Bakı-APA. Tunis parlamentinin deputatı Məhəmməd Brahminin qətlinə etiraz edənlərlə polis arasında ilk toqquşmalar ölkənin şimalındakı Sfaks şəhərində qeydə alınıb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, polis yerli bələdiyyənin qarşısında yüzlərlə insanın iştirakı ilə keçirilən etiraz aksiyasını yatırarkən gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar, öz növbəsində, polisi daş qalaq edib.

Qeyd edək ki, etiraz aksiyaları Tunisin bir neçə şəhərlərində də keçirilib.

Tunisin paytaxtında da yüzlərlə etirazçı mərkəzi küçəyə çıxaraq antiislamçı şüarlar səsləndirib.

Qətlə yetirilmiş siyasətçinin doğma şəhəri Sidi-Buziddə isə etirazçılar hakim “Ən-Nəhda” islamçı partiyasının ofisini yandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR