Azərbaycanla Fransa enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayacaq

Azərbaycanla Fransa enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayacaq
# 06 may 2014 09:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan ilə Fransa arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sənədin Fransa prezidenti Fransua Ollandın bu ay Azərbaycana planlaşdırılan rəsmi səfəri zamanı imzalanması nəzərdə tutulub.

Yeri gəlmişkən, Fransa prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan və Fransa sənaye qruplarının rəhbərləri üçün İqtisadi Forum təşkil olunacaq. Fransanın Azərbaycandakı Səfirliyi və “MEDEF” (Fransız şirkətlər birliyi) Fransa təşkil olunacaq iqtisadi forumda Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR