Azərbaycanın xarici işlər naziri Avropa Parlamentində Almaniyanı təmsil edən deputatları qəbul edib

Azərbaycanın xarici işlər naziri Avropa Parlamentində Almaniyanı təmsil edən deputatları qəbul edib
# 08 oktyabr 2013 15:14 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfər edən Eduard Lintnerin başçılıq etdiyi Avropa Parlamentində Almaniya Federativ Respublikasını təmsil edən deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi, seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunub və Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin bildirilib ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərini iki minə yaxın xarici müşahidəçi izləyəcək və onların öz missiyalarını yerinə yetirməsi üçün lazımi şərait yaradılıb.

Görüşün sonunda nazir E.Məmmədyarov regionda gedən proseslər barədə məlumat verib və ölkəmizin xarici siyasətinin bir sıra istiqamətlərinə dair qonaqların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR