Səlim Müslümov Şabranda vətəndaşları qəbul edəcək

Səlim Müslümov Şabranda vətəndaşları qəbul edəcək
# 04 dekabr 2013 15:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 6-da Şabran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək. ƏƏSMN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılan nəqliyyatla Şabran rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə Nazirliyin Aparatında (012) 541 98 05, Quba - (023-33) 5-39-79, Qusar - (023-38) 5-25-43; 5-33-45, Xaçmaz - (023-32) 3-34-11; 5-38-73, Şabran - (023-35) 3-27-92; 3-24-81, Siyəzən - (023-30) 4-06-34, Xızı - (023-31) 5-02-18; 5-02-18 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR