İran prezidenti ilə İRİB rəhbəri arasında mübahisə olub

İran prezidenti ilə İRİB rəhbəri arasında mübahisə olub
# 06 fevral 2014 12:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidentinin 1979-cu il inqilabının 35-ci ildönümü münasibətilə ötən gecə dövlət televiziyası ilə xalqa müraciət zamanı problem yarandığı məlum olub.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Həsən Ruhaninin müsahibəsi “Xəbərlər” proqramının 21:00 buraxılışından sonra yayımlanmalı olsa da, bunun əvəzinə inqilabi mahnılar və seriallar verilib.

İran prezidentinin müsahibəsi yalnız bir saat yarımdan sonra efirə verilib. Bundan əlavə, İran Dövlət Teleradio Təşkilatının (İRİB) rəhbəri İzzətullah Zərqami H.Ruhaninin müsahibəsinin canlı yayımlanmasına icazə verməyib. Eyni zamanda İran prezidenti ondan müsahibə alacaq şəxsin Sonia Puryamin olmasını istəyib. Ancaq İRİB rəhbəri bu xahişə qarşı çıxıb və nəticədə tərəflər arasında mübahisə düşüb. Hələlik H.Ruhani müsahibəsinin gecikməsinin səbəblərinə aydınlıq gətirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR