Bakıda regionda inşaat sənayesinin inkişafına həsr olunmuş toplantı keçirilib

Bakıda regionda inşaat sənayesinin inkişafına həsr olunmuş toplantı keçirilib
# 25 oktyabr 2013 14:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakıda «BakuBuild-2013» XIX Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində Xəzər-Avropa Tikinti Klubunun «Regionda inşaat sənayesinin perspektivləri və inkişafı» mövzusunda 3-cü iclası keçirilib.

«APA-Economics»in xəbər verdiyi kimi, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) tərəfindən təşkil olunan iclasda şəhərsalmanın planlaşdırılması, tikinti məhsullarının keyfiyyəti, bu məhsullara Azərbaycanda və dünyada tələbatın hansı səviyyədə olması kimi məsələlər müzakirə olunub.


Tədbirdə kluba üzv olan dövlət orqanlarının nümayəndələri iclasda iştirak edən yerli və əcnəbi qonaqlara öz fəaliyyətləri barədə məlumat veriblər. Eyni zamanda Azərbaycanda tikinti sektorunun inkişafı, şəhərsalma, tikinti sahəsi ilə bağlı dövlət standartlarının qəbul olunmasına dair bilgilər verilib.


Qeyd edək ki, iclas çərçivəsində sərginin bir neçə yerli və xarici iştirakçı-şirkətlərinin nümayəndələri öz məruzə və təqdimatları ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR