Əli Kərimli: “Bizi tərk ediblərsə, yolumuza davam etməməliyikmi?”

Əli Kərimli: “Bizi tərk ediblərsə, yolumuza davam etməməliyikmi?”
# 16 yanvar 2014 15:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Biz ölçüb-biçmişik və bu yolu müəyyənləşdirmişik. Lakin bizimlə yola çıxanlar bizi tərk edibsə, biz öz yolumuzdan dönməliyikmi? Milli Şura bunu aydınlaşdırmalıdır”.


AXCP sədri Əli Kərimli bildirib ki, qurumu tərk edənlər olsa da, Milli Şura fəaliyyətini davam etdirməli, qurumun Koordinasiya Şurası yaradılmalıdır: “İlk öncə Milli Şuranı nə məqsədlə yaratdığımızı yadımıza salmalıyıq. Birləşmək, ölkədə vəziyyəti dəyişmək məqsədilə bir araya gələrək, Milli Şuranı yaratdıq. Lakin müxalifətin bir arada olması, bütün problemlərin həlli deyil. Təəssüfedici haldır ki, bizimlə bir yerdə olanlar bizi tərk ediblər. Lakin biz yolumuza davam edəcəyik. Çünki Azərbaycanda dinc yolla demokratiyaya keçidi təmin etməyi hədəf olaraq seçmişik. Bu hədəf istiqamətində çalışmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR