Venesuelada həbsxanada baş vermiş atışmada 16 nəfər ölüb

Venesuelada həbsxanada baş vermiş atışmada 16 nəfər ölüb
# 18 sentyabr 2013 02:44 (UTC +04:00)

Bakı-APA. Venesuelada həbsxanaların birində məhbuslarla mühafizəçilər arasında baş vermiş silahlı toqquşmalarda azı 16 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Sabaneto şəhərinin Marakaibo həbsxanasında iğtişaşlar sentyabrın 16-da başlayıb. Şahidlərin sözlərinə görə, məhbuslarla mühafizəçilər arasında başlanan atışma sentyabrın 17-i səhər saatlarınadək davam edib. İğtişaşlar həbsxanada cəza çəkən 6 kriminal avtoritet və onların tərəfdarları arasında yaranmış münaqişə zəminində baş verib.

Məlumata görə, məhbuslar odlu və soyuq silah, gözyaşardıcı qumbaralar və yandırıcı maye ilə doldurulmuş şüşə qablardan istifadə ediblər. Məhbusların əynində hətta zirehli gödəkcələrin olduğu da bildirilir. Şahidlər iğtişaşlar zamanı həbsxana ərazisində partlayışların eşidildiyini bildirib. Atışmada azı 3 kriminal avtoritetin öldürüldüyü qeyd olunur.

Hazırda polis həbsxananı mühasirəyə alıb. Rəsmi qurumlar insidentlə bağlı hələlik heç bir şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR