Avronestin Enerji Təhlükəsizliyi Komitəsi Vilnüsdə seminar keçirib - FOTOSESSİYA

Avronestin Enerji Təhlükəsizliyi Komitəsi Vilnüsdə seminar keçirib  - <span style="color: red;">FOTOSESSİYA
# 23 sentyabr 2013 11:16 (UTC +04:00)

Bakı - APA. Vilnüsdə Avronestin Enerji Təhlükəsizliyi Komitəsinin “Enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri sahəsində Şərq tərəfdaşlığının perspektivləri” mövzusunda ikinci seminarı keçirilib.

APA-nın xəbərinə görə, seminarda Litva Seymi sədrinin müavini İrena Dequtyane, Seymin Energetika Komissiyasının sədri Kestutis Daukşis, Litva energetika nazirinin müavini Aleksandras Ransdorf, Almaniya Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunun, Berlin Azad Universitetinin Ekoloji Siyasət üzrə Elmi-Tədqiqat Mərkəzinin nümayəndələri, ekspertlər iştirak edib.

Azərbaycanı tədbirdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov və deputat Rasim Musabəyov təmsil edib. Seminarda Avropada alternativ və bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən layihələr müzakirə edilib. İştirakçıların “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın potensialı, Avropa ölkələrinin və tərəfdaşların enerji təhlükəsizliyi məsələlərində birgə səyləri barədə məruzələr dinlənilib.

Seminarda çıxış edən AVRONEST Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov bildirib ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu Avropa qitəsində çox böyükdür. Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib. Ötən əsrin 90-cı illərində mürəkkəb geosiyasi vəziyyətdə ciddi çətinliklərlə üzləşən Azərbaycan zəngin təbii sərvətlərini istifadə etmək haqqında strateji qərar qəbul etməklə, həm də Azərbaycanın Avropada enerji təhlükəsizlik tələbatlarına töhfə verməyə hazır olduğunu nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR