Azərbaycanda təhsil xərclərinin daha çox artırılması təklif olunur

 Azərbaycanda təhsil xərclərinin daha çox artırılması təklif olunur
# 06 noyabr 2013 10:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu APA-Economics. Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin daha çox artırılması təklif olunub. «APA-Economics»in məlumatına görə, bu təşəbbüslə bu gün Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsinin Milli Məclisin 6 komitəsinin birgə iclasında müzakirəsi zamanı millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış edib.

«Bu gün Azərbaycanda 1 800 nəfərdən artıq elmlər namizədi, 1 200-dən artıq elmlər doktoru var. Amma nədənsə, elmə vəsait ayrılanda, ilk öncə Azərbaycan Milli Elmlər Akademiyası yada düşür», - deyə BDU başçısı vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda alimlərdən gözləntilər və tələbat olduqca yüksəkdir: «Onlardan elmi nailiyyətlər istəyirlər. Ancaq heç kəs düşünmür ki, alimə 300 manat əmək haqqı veririk. Biz ona 1 300 manat maaş verməliyik və yüksək standartlara cavab verən laboratoriyalar yaratmalıyıq, sonra da ondan iş tələb etməliyik».


A.Məhərrəmov ölkədəki universitetlərin yataqxana probleminə də toxunub: «Bu gün dünyada 150 mindən artıq universitet fəaliyyət göstərir. Onlardan yalnız 20 mini reytinqə daxil edilir. BDU dünyanın 678-ci universitetidir. Bizim ilk 500 universitetin siyahısına daxil olmamağımızın səbəbi də yataqxana problemi ilə bağlıdır. Deməli, universitetin yataqxana problemi həll olunsa, biz dünyanın ən hörmətli 500 universitetinin siyahısına daxil ola bilərik».


Bunun üçün də millət vəkili dövlət büdcəsində təhsil xərclərinin daha çox artırılmasını vacib sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR