Ağ Ev: İran Cenevrədə “altılığ”ın irəli sürdüyü təklifləri qəbul etmədi

Ağ Ev: İran Cenevrədə “altılığ”ın irəli sürdüyü təklifləri qəbul etmədi
# 14 noyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran “altılıq” ölkələri ilə noyabrın 7-9-da Cenevrədə keçirdiyi son müzakirələrdə qarşı tərəfin irəli sürdüyü təklifləri qəbul etmədi”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ-ın “Sky News” telekanalı Ağ Evə istinadən xəbər verib.

Məlumatda İranla nüvə müzakirələrinin müvəffəqiyyətsiz qalması vəziyyətində hərbi variantın hələ də masa üzərində qaldığı qeyd olunub. Xəbərdə həmçinin Ağ Evin ABŞ Konqresinə də İrana qarşı yeni sanksiyalar tətbiq edilməsinin nəticələri məsələsində xəbərdarlıq etdiyi bildirilib: “Belə bir cəhd nəticə etibarilə müharibə baş verməsinə gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR