Qazaxıstan sərhədçiləri Xəzərdə Rusiya vətəndaşını güllələyiblər

Qazaxıstan sərhədçiləri Xəzərdə Rusiya vətəndaşını güllələyiblər
# 26 noyabr 2013 11:23 (UTC +04:00)

Bakı – APA. Qazaxıstan sərhədçiləri Xəzər dənizində Rusiya vətəndaşlarına atəş açıblar. APA-nın “Kazakhstan Today” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə bir rusiyalı ölüb, digəri yaralanıb.

Hadisə Qazaxıstanın ərazi sularında baş verib. Hərbi növbətçilik zamanı sərhədçilər helikopterdən sərhəd pozucularını müşahidə ediblər. “Bayda” tipli üzücü vasitələrdə olanlar sərhədçilərin dayanmaq tələblərinə məhəl qoymayaraq, qaçmağa cəhd ediblər. Cavabında hərbçilər üzücü vasitələrinin mühərriklərinə atəş açıblar.

Nəticədə hərəsində 4 rusiyalı olan iki “bayda” saxlanılıb. Rusiyalılardan biri aldığı güllə yarasından keçinib, digəri ayağından yaralanıb. Zərərçəkəni “Astana” sərhəd gəmisi götürərək, tibbi yardım göstərib.

Digər “bayda”lar təqibdən qurtularaq, Qazaxıstanın ərazi sularını tərk edib.

Saxlanılanların yeri bilinmir. Bəli olub ki, onlardan ikisi Qazaxıstan sərhədini pozduğuna görə əvvəllər də məsuliyyətə cəlb olunaraq, Aktyubinsk vilayətinin ərazisindəki cəzaçəkmə müəssisində cəza çəkib.

Xəzər dənizinin Qazaxıstan hissəsində vaxtaşırı nərə növlü balıqları ovlayan brakonyerlər saxlanılır. Onların saxlanılması zamanı sərhədçilər çox vaxt silahdan istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR