“Qızıl top” mükafatına 3 iddiaçı qalıb

“Qızıl top” mükafatına 3 iddiaçı qalıb
# 09 dekabr 2013 14:42 (UTC +04:00)

Bakı – APA. FİFA “Qızıl top” mükafatına namizədlərin yekun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilkin siyahıda olan 23 futbolçudan yalnız üçü dünyanın ən yaxşısı adına iddia edir.

Bunlar Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, “Barselona”) və Frank Riberidir (Fransa, “Bavariya”).

Qeyd edək ki, milli komandaların baş məşqçilərinin və kapitanlarının, həmçinin jurnalistlər arasında keçirilən sorğunun qalibinin adı 2014-cü il yanvarın 13-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbirdə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR