Azərbaycan Diplomatik Akademiyasında “Kon Tiki” filminin təqdimatı olacaq

Azərbaycan Diplomatik Akademiyasında “Kon Tiki” filminin təqdimatı olacaq
# 05 dekabr 2013 13:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Dekabrın 10-da Azərbaycan Diplomatik Akademiyasında “Kon Tiki” filminin təqdimatı olacaq.

Norveçin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tarixi janrda çəkilmiş film Tur Heyerdalın 1947-ci ildə “Kon Tiki” adlı salda keçirdiyi ekspedisiyasına həsr olunub.

Film “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Qızıl qlobus” və “Oskar” mükafatlarına iddia edib.

Qeyd edək ki, Tur Heyerdal Sakit okeanın sularında Cənubi Amerikadan Polineziyaya qədər 4300 dəniz mili (8000 km) yol qət edib. Bununla da o, insanın imkanları barədə təsəvvürləri alt-üst edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR