Vyetnam mətbuatında Azərbaycanla bağlı yazı dərc olunub

Vyetnam mətbuatında Azərbaycanla bağlı yazı dərc olunub
# 09 dekabr 2013 07:46 (UTC +04:00)

Bakı - APA. Vyetnamın ən çox oxucu auditoriyasına sahib olan media resurslarından biri olan “Dan Tri” qəzetində Azərbaycan haqqında “Dünya xəritəsində özünəməxsus yeri və geniş potensialı olan Azərbaycan” başlıqlı məqalə dərc edilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycanın keçdiyi inkişaf yolu, son illər regionda və beynəlxalq arenada qazandığı nailiyyətlər, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, ölkənin iştirakı ilə uğurla həyata keçirilən enerji və infrastruktur layihələri, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı haqqında geniş məlumatlar əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR