Azərbaycanda magistratura pilləsi üzrə ən çox və ən az sənəd verilən ixtisasların siyahısı açıqlanıb

Azərbaycanda magistratura pilləsi üzrə ən çox və ən az sənəd verilən ixtisasların siyahısı açıqlanıb
# 15 may 2014 11:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, bu il magistratura pilləsində ən yüksək müsabiqə vəziyyəti 18-ci proqramda yaranıb. O bildirib ki, “Kimya mühəndisliyi” ixtisası üzrə bir yerə təxminən 4 nəfər sənəd verib: “Bu, çox yaxşı faktdır. Yüksək müsabiqə vəziyyəti yaranıb. İkinci yerdə “Neft-qaz qurğuları” ixtisasıdır, burada bir yerə 2,87 nəfərdir. “Coğrafiya” ixtisası üzrə bir yerə 2,58 nəfər sənəd verib. Bu da kifayət qədər yüksək nəticədir. Yüksək müsabiqə “Hüquqşünaslıq” (1 yerə 2,32 nəfər), “Farmokologiya” ixtisasları üzrə (1 yerə 2,29 nəfər) də yaranıb”.

M. Abbaszadə magistratura pilləsi üzrə ən aşağı müsabiqə vəziyyəti yaranan ixtisasları da açıqlayıb. Onun sözlərinə görə, ən aşağı müsabiqə vəziyyəti “Dinşünaslıq” ixtisasındadır. Burada 1 yerə 0,33 nəfər sənəd verib. Bu ixtisasda yerlərin sayı sənəd verənlərin sayından daha çoxdur. Bu ixtisas üzrə 6 yerə 2 nəfər sənəd verib.

Mayın 25-də magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək. İmtahanlara bir neçə gün qalmış - mayın 22-dən 25-dək “Buraxılış vərəqəsi”nin verilməsinə başlanacaq və bakalavrlar özləri onları çap edib götürəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR