Zaqatala Tarix Diyarşünaslıq Muzeyində qədim əlyazmalar, çap kitabları təmizlənir və bərpa edilir - FOTO

Zaqatala Tarix Diyarşünaslıq Muzeyində qədim əlyazmalar, çap kitabları təmizlənir və bərpa edilir - <span style="color: red;">FOTO
# 01 may 2014 16:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Zaqatala Tarix Diyarşünaslıq Muzeyində “Qədim əlyazmaları və çap kitabları” adı altında kitab həftəsi keçirilir. Muzeyin elmi işçisi Təranə Xəlilova APA-ya bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd muzeyin fondunda saxlanılan çoxsaylı əlyazmaların, qədim çap kitablarının müasir tələblərə uyğun şəkildə müxtəlif preparatlarla təmizlənməsi, bərpa edilməsi, əlyazmaların və çap kitablarının elektron versiyalarının hazırlanmasından ibarətdir. Bu işlər Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun bu məqsədlə ezam edilmiş mütəxəssislərindən, muzeyin əlyazmalarının və qədim çap kitablarının bərpası və təmizlənməsi üzrə Türkiyədə xüsusi kurs keçmiş əməkdaşlarından, İslam Universitetinin Zaqatala filialının ərəb dili üzrə mütəxəssislərindən ibarət xüsusi işçi qrupu tərəfindən həyata keçirilir. Bu məqsədlə muzeyə TİKA (Türk İşbirliyi və Kalkınma Ajansı) təşkilatı tərəfindən xüsusi avadanlıqlar, preparatlar və başqa ləvazimatlar gətirilib, muzeyin fond otaqlarında və sərgi zalında rütubəti tənzimləyən, temperaturu və nəmliyi ölçən müasir avadanlıqlar quraşdırılıb. Müasir tələblərə uyğun bərpa edilən əlyazmaların və qədim çap kitablarının sonda tamaşaçılara nümayiş etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR