Azərbaycanın ilk QHT-ləri haqqında kitab nəşr edilib - FOTO

Azərbaycanın ilk QHT-ləri haqqında kitab nəşr edilib - <span style="color: red;">FOTO
# 07 yanvar 2014 09:54 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Azərbaycanın ilk qeyri-hökumət təşkilatları” adlı tarixi kitab nəşr edilib.

APA-nın xəbərinə görə, kitabın redaktoru və materialları arxivlərdən toplayıb nəşrə hazırlayanı tədqiqatçı-alim Nəsiman Yaqubludur.

N.Yaqublu APA-ya bildirib ki, kitabda tanınmış ziyalı Həsənbəy Zərdabinin 1872-ci ildə yaratdığı “Müsəlman Xeyriyyə Cəmiyyəti”ndən başlayaraq “Nəşri-Maarif”, “Nicat”, “Səadət” və digər cəmiyyətlərin tarixi araşdırılıb. Kitabda ilk dəfə olaraq Azərbaycanın müxtəlif bölgələrində yaradılmış xeyriyyə təşkilatlarının da fəaliyyəti haqqında maraqlı məlumatlar verilib. Oxucular bu kitab vasitəsilə Bakıda, Gəncədə, Naxçıvanda, Şuşada, İrəvanda, Şəkidə yaradılmış xeyriyyə cəmiyyətləri haqqında geniş məlumat əldə edə bilərlər.

Bu tarixi kitabın bir əhəmiyyəti də Azərbaycanın tanınmış adamlarının və ziyalılarının xeyriyyə tədbirlərindəki ciddi fəaliyyətlərini işıqlandırmasıdır. Kitabdakı materiallardan məlum olur ki, H.Z.Tağıyev, M.Muxtarov, Ş.Əsədullayev, M.Nağıyev, İ.Hacıncki kimi imkanlı adamlarla yanaşı, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ə.Cavad kimi ziyalılar da xalqımızın problemlərinin həllində böyük fəaliyyət göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR