Britaniyalı parlamentari: “Dünya ictimaiyyəti məcburi köçkünlərin evlərinə qayıtması üçün səylərini artırmalıdır”

Britaniyalı parlamentari: “Dünya ictimaiyyəti məcburi köçkünlərin evlərinə qayıtması üçün səylərini artırmalıdır”
# 28 noyabr 2013 12:49 (UTC +04:00)

Həmçinin, BP şirkətinin müxtəlif layihələrində çalışan həm britaniyalı mütəxəssislər, həm də azərbaycanlı fəhlələrlə görüşmüşəm. Lakin mənim üçün ən çətin və təsirli olan Ermənistanla müharibə nəticəsində doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə etdiyim səfərlər olub. Azərbaycan hökumətinin inşa etdiyi yeni evlərdə məcburi köçkünlərlə görüşmüşəm. Buna rəğmən, dünya ictimaiyyətinin həmin insanların evlərinə qayıtması üçün daha çox iş görməsi vacib məsələlərdən biridir”.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, bunu Böyük Britaniya Parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stefan Hepbörn deyib.

O, hər səfərində Azərbaycanda baş vermiş dəyişikliklərə heyran qaldığını qeyd edib: “BMT-nin müvafiq hesabatlarına əsasən, Azərbaycanda yoxsuluq həddindən aşağıda yaşayan azərbaycanlıların sayı 2000-ci ildə 49 faizdən 2012-ci ildə 6 faizə düşüb. Hər səfərim zamanı aydın şəkildə görürəm ki, bu inkişaf davam etməkdədir.

Bakıda ən çox yadımda qalan o oldu ki, 1966-cı ildə Futbol üzrə Dünya Çempionatında İngiltərəyə qol bağışlayan yan hakim bildirildiyi kimi rus deyil, əslində azərbaycanlı Tofiq Bəhramov olub. Biz hər zaman onun həmin gün verdiyi qərara görə minnətdarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR