Sabah Minskdə MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin toplantısı keçiriləcək

Sabah Minskdə MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin toplantısı keçiriləcək
# 04 iyun 2014 13:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. İyunun 5-də Minskdə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının iclası keçiriləcək.

APA-nın MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantının gündəliyinə 20-dək məsələ daxil edilib.

Konkret olaraq Şura üzvləri beynəlxalq tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsi, habelə xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluq və ekstremizmə qarşı mübarizədə əməkdaşlığı kimi məsələləri müzakirə edəcəklər.

Bundan əlavə Şura üzvləri 2013-cü ildə Antiterror mərkəzinin fəaliyyətinin yekunlarını qiymətləndirəcəklər və digər məsələləri nəzərdən keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR