Tbilisi-Bakı sərnişin qatarı Bakıya gecikmə ilə çatıb

Tbilisi-Bakı sərnişin qatarı Bakıya gecikmə ilə çatıb
# 01 fevral 2014 08:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC havaların kəskin soyuması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi ərazilərdə qatarların sürətinə məhdudiyyət qoyulub.

O, əlavə edib ki, bu gün saat 10:00-da Bakıya çatmalı olan Tbilisi-Bakı sərnişin qatarı Gürcüstanda müşahidə edilən şaxtalı hava şəraitinə görə gecikmə ilə Bakı sərnişin stansiyasına saat 11:00-da qəbul olunub.

N.Əzməmmədov qeyd edib ki, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR