DAAD Bakı məlumat mərkəzinin direktoru Bakı Ali Neft Məktəbində olub - FOTO

DAAD Bakı məlumat mərkəzinin direktoru Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 07:44 (UTC +04:00)

Bakı – APA-Economics. Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Alman Akademik Mübadilə Proqramının (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ullişi qəbul edib.

BANM mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış məktəbin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Alman Akademik Mübadilə Proqramı çərçivəsində Azərbaycandan yüzlərlə tələbənin Almaniyanın müxtəlif universitetlərində təhsillərini davam etdirmək məqsədilə görülən işləri yüksək qiymətləndirdiyini qeyd edən E.Qasımov vurğulayıb ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.

DAAD təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Nikola Ulliş bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox önəmli məsələdir. O, təşkilat olaraq BANM ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib.

Görüş çərçivəsində bir çox sahələrdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Verilən təklifləri yüksək qiymətləndirən E.Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR