Sevgilisini qətlə yetirən qadına hökm oxunub

Sevgilisini qətlə yetirən qadına hökm oxunub
# 23 yanvar 2014 14:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Mədinə Mürsəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M.Mürsəliyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, iki uşaq anası olan Mədinə Mürsəliyeva qonşusu, subay olan 28 yaşlı Elçin Allahverdiyev ilə yaxın münasibətdə olub. Qonşuların sevgisi 4 il davam edib. Lakin E.Allahverdiyevin evlənməsi M.Mürsəliyevanın narazılığına səbəb olub. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mədinə Elçini bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR