Azərbaycan-İran sərhəd-keçid məntəqələrində əlavə sadələşdirmələr artırılacaq

Azərbaycan-İran sərhəd-keçid məntəqələrində əlavə sadələşdirmələr artırılacaq
# 15 yanvar 2014 11:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İran Gömrük İdarəsinin vilayətlər üzrə baş şöbəsinin rəhbəri Məhəmməd Hüseyn Bağinayətini qəbul edib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, gömrük sahəsində yaranan problemlərin həlli və hər iki ölkənin Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd-keçid məntəqələrində əlavə sadələşdirmələrin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda görüşdə İran və Azərbaycan gömrük idarələri rəislərinin və baş müdirlərinin Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd-keçid məntəqələrində intensiv görüşlərinin zəruriliyi qeyd olunub.

Bundan başqa, tərəflər beynəlxalq və regional qurumlarda əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi barədə də danışıqlar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR