Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb

Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb
# 07 may 2014 04:17 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, qismən səfərbərlik Rusiyanın Ukraynanın daxili işlərinə qarışması nəticəsində ölkənin cənub və şərq bölgələrində siyasi vəziyyətin gərginləşdirilməsi, dövlətdə sosial gərginliyin artması ilə bağlı elan olunub. Bu barədə Aleksandr Turçinovun mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qeyd edək ki, fərmana əsasən, qismən səfərbərlik Vinnitsk, Volınsk, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpat, Zaporojye, İvano-Frankovsk, Kiyev, Kirovoqrad, Luqansk, Lvov, Nikolayev, Odessa, Poltava, Rovensk, Sum, Ternopol, Xarkov, Xerson, Xmelnitsk, Çerkassk, Çernovitsk, Çerniqov vilayətləri və Kiyev şəhərində elan olunub.

Səfərbərlik fərmanın qüvvəyə mindiyi gündən 45 sutka ərzində tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR