Fərhad Əliyev: “Heydər Əliyev yoluna sadiq qalacağam” - VİDEO

Fərhad Əliyev: “Heydər Əliyev yoluna sadiq qalacağam” - <span style="color: red;">VİDEO
# 15 oktyabr 2013 08:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. «Mənim həmişə bir düşüncəm, bir amalım, bir əqidəm olub: Sabit və davamlı Azərbaycana xidmət etmək. Ona görə də həm həbs olunmazdan əvvəl, həm sonra, həm də istintaq müddətində cənab prezidentə sədaqətli olduğumu bildirmişəm. Mənim üçün mənəviyyat, əxlaq daha üstündür».

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev deyib.

F. Əliyev bildirib ki, əqidəsinə sadiq qalaraq, bundan sonrakı fəaliyyətində də Azərbaycanın inkişafına xidmət edəcək: «Doğrudan da, azadlığa çıxmaq böyük bayramdır. Qardaşım Rafiq Əliyevin də azadlığa çıxması mənim üçün mühümdür. Ona görə cənab prezidentə minnətdarlığımı bildirirəm. Uzun müddətli həbsdən sonra cənab prezident mənim və qardaşımın azadlığa çıxması üçün qərar verdi. Mənim üçün əziyyət çəkən, məni gözləyən bütün insanlara minnətdaram. Dörd gün sonra həbsdə olmağımın 8 ili tamam olurdu. Həbsdə insan heç cür istədiyi kimi ola bilmir. Bundan sonra harada işləməyimdən asılı olmayaraq, Azərbaycan xalqının, millətimizin inkişafına öz töhfəmi verməyə çalışacaq, Heydər Əliyev yoluna sadiq qalacağam».

Yenidən YAP sıralarına qayıdıb-qayıtmayacağı barədə sualın cavabında isə F. Əliyev bildirib ki, bu, həm ondan asılı olan, həm də asılı olmayan məsələdir.

Həbsi ilə bağlı məsələlərə gəlincə, sabiq nazir deyib ki, bu hadisə 8 il əvvəl baş verib. O, 8 il əvvəl baş vermiş məsələlərə qayıtmaq istəmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR