Kiyevda Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib

Kiyevda Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib
# 29 oktyabr 2013 10:25 (UTC +04:00)

Bakı - APA. Kiyevdə Səməd Azərbaycan Demokratik Respublikasının (ADR) banilərindən biri, ADR Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib. APA-ya Azərbaycan Ukraynadakı səfirlikdən verilən məlumatına görə, oktyabrın 28-də keçirilmiş forum Azərbaycanın Ukraynadakı Səfirliyi və Ukrayna Azərbaycanlı Alimlər Şurası tərəfindən təşkil olunub.


Tədbirdən öncə iştirakçılar Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxananın qarşısında onun abidəsi önünə çiçək düzüb, görkəmli şairin xatirəsini yad ediblər.


Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, diplomat, hüquqşünas və publisistinin parlaq həyat və fəaliyyətindən danışıb.


Hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin professoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev, Ukrayna səfiri, tanınmış şərqşünas alim Yuri Koçubey, UMEA-nın Dünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenko, T.Şevçenko adına Kiyev Milli Universitetinin professoru Vladimir Sergiyçuk, “Ukrayna Azərbaycanlılarının Birləşmiş diasporu” ictimai təşkilatının sədri, hüquq elmləri namizədi Hikmət Cavadov, “Ukrayna” universitetinin şərqşünaslıq kafedrasının müdiri, “Kiyev-Mogilyov Akademiyası” Milli Universitetinin dosenti Fərhad Turanlı və başqaları da ADR-in yaranmasında Ə.Topçubaşovun böyük xidmətləri, Azərbaycan tarixinə onun töhfəsi, dövlət müstəqilliyi uğrunda mübarizədə yüksək vətənpərvərliyi barədə öz fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR