“Elmi işçilərin attestasiyasının keçirilməsi qaydaları” təsdiqlənib

“Elmi işçilərin attestasiyasının keçirilməsi qaydaları” təsdiqlənib
# 19 iyul 2013 15:49 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Nazirlər Kabineti “Elmi işçilərin attestasiyasının keçirilməsi qaydaları”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərarda attestasiyanın məqsədi, komissiyasının tərkibi, keçirilmə qaydaları və elmi işçilərin attestasiyasının nəticələrinin tənzimlənməsi qaydaları öz əksini tapıb.

Qərara əsasən attestasiya komissiyasının tərkibinə işəgötürənin əmri ilə elmi işçilərin attestasiyasının keçirilməsi üçün yüksək ixtisaslı elmi işçilərdən, təşkilatdakı elmi şura üzvlərindən, həmkarlar ittifaqı təşkilatından, kadr və hüquqi xidmətdən seçilmiş, obyektivliyi və qərəzsizliyi ilə fərqlənən nüfuzlu şəxslər daxil olmalıdır. Komissiyanın işçi tərkibi işəgötürən tərəfindən təsdiq edilir. İşəgötürən, elmi işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

Sənəddə qeyd olunub ki, attestasiyanın keçirilmə qrafiki və attestasiyadan keçəcək elmi işçilərin siyahısı növbəti attestasiyanın keçiriləcəyi təqvim ili başlayana qədər işəgötürən tərəfindən təsdiq edilir və attestasiyanın başlamasına ən geci 1 ay qalmış attestasiyadan keçəcək elmi işçilərin nəzərinə çatdırılır.

Sənəddə attestasiyaya elmi işçi tərəfindən təqdim olunması zəruri olan sənədlərin sayı, adları, həmçinin digər zəruri məlumatlar göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR