Ukrayna XİN Rusiyadakı səfirini hələlik geri çağırmaq niyyətində deyil

Ukrayna XİN Rusiyadakı səfirini hələlik geri çağırmaq niyyətində deyil
# 05 mart 2014 03:53 (UTC +04:00)

Bakı-APA. Ukrayna XİN Rusiyadakı səfiri Vladimir Yelçenkonu məsləhətləşmələr üçün hələlik geri çağırmaq niyyətində deyil. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN İnformasiya Siyasəti Departamentinin müdiri Yevgeni Perebiynis bildirib.

“Hələlik məsələ bu şəkildə qoyulmur. Biz hesab edirik ki, Rusiya tərəfi ilə təmas saxlamaq üçün bu gün Moskvada səfir Yelçenko kimi təcrübəli diplomatların olması çox vacibdir”, deyə Perebiynis bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR