Vergilər naziri Xaçmazda vətəndaşları qəbul edib

Vergilər naziri Xaçmazda vətəndaşları qəbul edib
# 20 iyun 2014 09:45 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq bu gün vergilər naziri Fazil Məmmədov Xaçmaz rayonunda bölgə vətəndaşlarını qəbul edib.

APA-nın məlumatına görə, Xaçmaz şəhərindəki vergi ödəyicilərinə xidmət mərkəzində Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşlar dinlənilib. Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, müraciətlərin bir qismi nəzarətə götürülmüş, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR