Nazir: «Azərbaycanın İKT sektoruna yaxın 7 ildə təxminən 7 mlrd. dollar sərmayə yatırılacaq»

Nazir: «Azərbaycanın İKT sektoruna yaxın 7 ildə təxminən 7 mlrd. dollar sərmayə yatırılacaq»
# 23 dekabr 2013 10:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün keçirilən «Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru» konfransında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov söyləyib.


Ə.Abbasov deyib ki, Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. «Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovaftiv xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək», - deyə nazir vurğulayıb.


Ə.Abbasov 2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin «Elektron Hökumət» vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. O qeyd edib ki, «Qızıl üçbucaq» deyilən konsepsiya üzərində iş aparılır: «Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, «Qızıl üçbucaq» konsepsiyası uğurla həyata keçiriləcək».


Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsini zəruri sayan rabitə və informasiya texnologiyaları naziri deyib ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir: «Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilərik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR