Elmar Məmmədyarov NATO baş katibinin müavinini qəbul edib

Elmar Məmmədyarov NATO baş katibinin müavinini qəbul edib
# 10 aprel 2014 16:09 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin müavini Sorin Dukarunu qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda həmsöhbətinə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR