“Xalq Sığorta” nizamnamə kapitalını artırır

“Xalq Sığorta” nizamnamə kapitalını artırır
# 30 aprel 2014 09:56 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Xalq Sığorta” ASC-nin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 4,11 manat, sayı 7,39 mln. ədəd, emissiyanın ümumi həcmi isə 30 372 900 manat təşkil edir.

Emissiya bankın hər birinin nominal dəyəri 3,85 manat olan 7,39 mln. ədəd (ümumi həcmi 28 mln. 451,5 min manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 6,8% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR